Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Qardabanidə azərbaycanlı şagirdlərə gürcü dilinin öyrədilməsi vəziyyəti ilə maraqlanıblar

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmiləri Qardabanidə azərbaycanlı şagirdlərə gürcü dilinin öyrədilməsi vəziyyəti ilə maraqlanıblar
# 27 yanvar 2009 07:09 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda səfərdə olan əməkdaşları Qardabani rayonunda təhsil alan azərbaycanlı şagirdlərə gürcü dilinin öyrədilməsi kurslarının vəziyyəti ilə maraqlanıblar. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Dövlət Komitəsinin rəsmiləri məktəblərdə müəllimlərlə, şagirdlərlə görüşüb, onların problemləri ilə maraqlanıblar.
Rustavi şəhər 12 saylı orta məktəbin Azərbaycan şöbəsinin rəhbəri Bəhram İsayev bildirib ki, keçən il gürcü dilini bilən məzunlardan 7 nəfəri gürcü ali məktəblərinə qəbul olub: “Artıq 4 aydır ki, 20 şagirdə gürcü dili öyrədilir. Hesab edirəm ki, uğurlarımız var. Bununla yanaşı qeyd edim ki, gürcü dilindən tərcümə edilən dərsliklərdə çoxlu qüsurlar var. Professional tərcüməçilərimiz çatışmır”.
Qardabani 3 saylı orta məktəbinin direktoru Firdovsi İsgəndərov isə deyib ki, Gürcüstanın dövlət dilini öyrənməkdə həm valideynlər, həm də şagirdlər maraqlıdır.
Komitə təmsilçiləri qeyd edilən problemlər barədə məlumatları dövlət strukturlarında keçirəcəkləri görüşlərdə nəzərə çatdıracaqlarını deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR