Bank Of Baku

Marneuli elektrik şəbəkəsi idarəsinin qarşısında etiraz aksiyası keçirilib

Marneuli elektrik şəbəkəsi idarəsinin qarşısında etiraz aksiyası keçirilib
# 28 yanvar 2009 15:46 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Yanvarın 27-də Gürcüstanın Marneuli şəhərində elektrik şəbəkəsi idarəsinin qarşısında etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiya Marneuli şəhərində və bəzi ətraf kəndlərdə 3500 abonentin işığının kəsilməsi ilə bağlı təşkil olunub. Aksiyaya həm gürcülər, həm də azərbaycanlılar qatılıb. Aksiya iştirakçılarının tələbi ilə Marneuli rayon İcra Hakimiyyətinin başçısı Zaza Dekonoidze rayon elektrik şəbəkəsi idarəsinə gəlib və şəbəkənin meneceri ilə mübahisə edib. O, sakinlərin tələbini dəstəkləyib.

Bu gün “Enerqo-pro-Georqia” şirkətinin rəhbərliyi Marneuli rayonundakı işıq probleminin səbəblərini aydınlaşdırmaq üçün Kvemo-Kartli qubernatoru David Kirkitadzenin qəbuluna çağırılıb. Görüşdən sonra fəaliyyəti dayandırılmış 32 transformatordan 20-si xəttə birləşdirilib, 12-si isə iki gündən sonra işə salınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR