Bank Of Baku

DAK rəhbərliyi Avstraliyaya səfərə gedib

DAK rəhbərliyi Avstraliyaya səfərə gedib
# 29 yanvar 2009 11:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Avstraliyaya səfərə gediblər. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Rüstəmxanlı və F. Pərvizniya Sidneydə uzun müddətdir fəaliyyət göstərən “Azərbaycanın səsi” radiosunun, Avstraliya Azərbaycan Cəmiyyətinin qonağı olacaq, Azərbaycan, Türkiyə və digər türk diaspor təşkilatlarının təmsilçiləri, qitə dövlətində yaşayan Azərbaycan türkləri ilə görüşəcəklər. Fevralın 3-də DAK rəhbərliyi paytaxt Kanberra şəhərinə gedərək Avstraliya parlamentində görüş keçirəcək. Sabir Rüstəmxanlı deputatlar qarşısında çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, Azərbaycanın parçalanması, Güney Azərbaycan məsələsi, İranda insan hüquqlarının pozulması və s. məsələlər barədə avstraliyalı həmkarlarına ətraflı məlumat verəcək. Avstraliya rəsmilərinə bu mövzulara dair sənədlər təqdim olunacaq. Səfər çərçivəsində DAK-ın Avstraliya nümayəndəliyinin təsis olunması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR