Bank Of Baku

Üç Azərbaycan vətəndaşı Rusiyadan deportasiya ediləcək

Üç Azərbaycan vətəndaşı Rusiyadan deportasiya ediləcək
# 30 yanvar 2009 07:49 (UTC +04:00)
Sankt-Peterburq. Müsəllim Həsənov – APA. Rusiya Federal Miqrasiya Xidmətinin əməkdaşları Leninqrad vilayətinin Vıborq şəhərində əcnəbi fəhlə-immiqrantların fəaliyyətini yoxlamaq üçün kütləvi reydlər keçiriblər. APA-nın Sankt-Peterburqdakı müxbirinin məlumatına görə, reyd zamanı Rusiya Federasiyasında işləmək hüququ olmayan immiqrantlara iş verdiyi üçün xeyli əcnəbi, o cümlədən 7 azərbaycanlı iş adamı cərimə edilib, 3 nəfər azərbaycanlının ölkədən deportasiyası barədə məhkəmə qərarı qəbul olunub.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiyada əcnəbi fəhlə-immiqrantlar üçün 3,9 milyonluq kvota ayrılıb. Daha doğrusu, bu ölkədə 3,9 milyon əcnəbi fəhləyə işləmək icazəsi vermək planlaşdırılmışdı. Lakin dünya maliyyə böhranı ilə əlaqədar ötən il dekabrın 16-dan qüvvəyə minən yeni qaydalara əsasən bu il həmin rəqəm iki dəfə azaldılmalıdır. 2009-cu ilin yanvarından əcnəbi vətəndaşların Rusiya bazarlarında işləməsinə də tamamilə qadağa qoyulub. Bütün bu tədbirlərin Rusiyada çalışan azərbaycanlılar üçün müəyyən çətinliklər yaradacağı gözlənilir. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan bildiriblər ki, hələlik bu cür problemlərlə əlaqədar konsulluğa müraciət edən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR