Bank Of Baku

Kamandar İsmayılov: “Marneulidə erməni məktəblərinin bağlanması barədə Ermənistan mətbuatının yazdıqları yalandır”

Kamandar İsmayılov: “Marneulidə erməni məktəblərinin bağlanması barədə Ermənistan mətbuatının yazdıqları yalandır”
# 02 fevral 2009 16:41 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. “Marneulidə erməni dilində təhsil verən orta məktəblərin bağlanması haqqında Ermənistan mətbuatının yazdığı məlumatlar yalandır”. Bu açıqlamanı APA-nın Gürcüstan bürosuna Marneuli Rayon Maarif Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov verib. Onun sözlərinə görə, Marneulidə heç bir erməni orta məktəbi bağlanmayıb: “Erməni mətbuatı yalan yazır. Nə Gürcüstan Elm və Təhsil Nazirliyi tərəfindən, nə də bizim tərəfimizdən belə bir əmr verilməyib. Marneulidə 5 erməni orta məktəbi, 3 doqquz illik məktəb fəaliyyət göstərir. 1 doqquz illik məktəbdə isə həm azərbaycanlılar, həm də ermənilər birlikdə təhsil alırlar. Bu iki sektoru olan məktəb rayonun Tsopi kəndində fəaliyyət göstərir. Bu kənddə azərbaycanlılarla birlikdə ermənilər də yaşayırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR