Bank Of Baku

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı yaxın günlərdə hazır olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı yaxın günlərdə hazır olacaq
# 04 fevral 2009 12:14 (UTC +04:00)
Bakı-APA. Bu günlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasının son variantı hazır olacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sənədin son variantında alimlərin, əlaqədar təşkilatların təklif və rəyləri nəzərə alınıb. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının (DAƏŞ) 2008-ci il dekabrın 18-də Bakıda keçirilən iclasında qəbul olunarkən təklif edilən əlavə və düzəlişlər də Xartiyanın son variantında nəzərə alınıb. Diaspor siyasəti sahəsində gələcəkdə görüləcək işlərin proqramı olan Həmrəylik Xartiyasının yekun versiyasının Bakıda alimlərin, ziyalıların və mətbuat nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdimatı keçiriləcək, müzakirəsi təşkil olunacaq. Bu məqsədlə keçiriləcək dəyirmi masada ən son dəqiqləşdirmələr aparıldıqdan sonra sənəd nəşr olunacaq və Avropa Azərbaycanlıları Konqresinin 3-cü qurultayında iştirak edən diaspor təşkilatları rəhbərləri və fəallarına paylanacaq. Daha sonra Niderlandda Avropa Azərbaycanlıları Konqresi və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası Azərbaycan diasporunun tarixində yeni mərhələnin əsası kimi” mövzusunda konfrans təşkil olunacaq. Sənədi hazırlayan alimlərin də iştirak edəcəyi bu tədbirdə soydaşlarımızı maraqlandıran məqamlara aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu tədbirlər Xartiyada nəzərdə tutulan məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmlərini tətbiq etmək məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR