Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresinin ikinci qurultayı martda keçiriləcək

Benilüks Azərbaycanlıları Konqresinin ikinci qurultayı martda keçiriləcək
# 09 fevral 2009 10:28 (UTC +04:00)
Bakı-APA. Martın 7-də Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ikinci qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Konqresin nizamnaməsinə əsasən, iki ildən bir keçirilməsi nəzərdə tutulmuş qurultayda idarə heyətinin və konqresin nəzdində fəaliyyət göstərən komissiyaların hesabatı dinləniləcək, idarə heyətinin yeni tərkibi seçiləcək və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək. Qurultayda Beniluks ölkələrindəki Azərbaycan və Türkiyə di təşkilatlarının rəhbərləri, Avropadakı Azərbaycan diasporunun tanınmış təmsilçiləri, diplomatik korpus, yerli siyasi partiyaların nümayəndələri, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
Xatırladaq ki, BAK 2006-cı il noyabrın 18-də Amsterdamda yaradılıb. Burada Azərbaycan diaspor təşkilatları və beş təşkilatı özündə birləşdirən İraq Türkmənləri Məclisi birləşib. Konqres Niderland Krallığının müvafiq dövlət orqanlarında qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR