Bank Of Baku

“Amnesty İnternational” İran islam inqilabının 30 illiyi münasibətilə bəyanat yayıb

“Amnesty İnternational” İran islam inqilabının 30 illiyi münasibətilə bəyanat yayıb
# 10 fevral 2009 13:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Amnesty İnternational” təşkilatı İran islam inqilabının 30 illiyi münasibətilə bəyanat yayıb. Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəddə İran ərazisində insan haqlarının pozulmasından narahatlıq bildirilir: “İranda etnik azlıqlara qarşı geniş ayrı-seçkilik siyasəti yürüdülür və son illər ərzində bu sahədə vəziyyət olduqca ağırlaşıb. Bundan başqa, qadınlar həm hüquqi baxımdan, həm də əməldə kəskin ayrı-seçkiliklərə məruz qalır”. Bəyanatda deyilir ki, İran ərazisində qeyri-hökumət təşkilatları, qəzet və jurnallar qapadılır, vətəndaşların internetə çıxışı məhdudlaşdırılır, insanlar şəxsi etiqadlarına, siyasi düşüncələrinə, eləcə də milli, dini və ictimai mənsubiyyətinə görə təzyiq və təqiblərə məruz qalır. Beynəlxalq təşkilatın bəyanatında siyasi, ictimai, mədəni və dil hüquqlarını müdafiə etdiklərinə görə həbs edilən və ədalətsiz şəkildə məhkum olunan vətəndaşların azadlığa buraxılması tələbi də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR