Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədr müavini: “Sumqayıtda yəhudilərə qarşı zorakılıq hallarının baş verməsi barədə məlumatlar yalandır”
Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilovun hazırda İsraildə səfərdə olduğunu deyən Şaleyev bildirib ki, Dini İcmalarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İxiilovla telefonla əlaqə saxlayıb, və İxiilov dövlət rəsmisinə bildirib ki, icma hansısa zorakılıq halları barədə məlumat almayıb.
Ermınilərin uydurduqları xəbərdə adı hallandırılan DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu da bəyənat yayıb. Onun APA-ya daxil olan bəyanatında bildirilib ki, erməni mətbuatı Azərbaycana qarşı ənənəvi təxribat xarakterli addımlar silsiləsindən növbəti təxribata yol verib: “Baş verən erməni təxribatının geniş şərhə ehtiyacı yoxdur. Belə ki, erməni-daşnak güruhunun qəsbkar mahiyyətinin həddi olmadığı kimi, təxəyyüllərinin və uydurmalarının da məhdudiyyəti yoxdur. Belələri Göbbelssayağı texnologiya ilə: “yalan nə qədər həyasız olarsa, ona inanan bir o qədər çox olar” prinsipi əsasında hərəkət etməyə üstünlük verirlər. Bu səbəbdən, bu kimi uydurma və təxribatlara reaksiya verməmək də olardı. Lakin, burada iyrənc daşnak mahiyyətindən irəli gələn, Azərbaycan və yəhudi xalqları arasına təfriqə salmaq niyyəti ilə səciyyələnən və bədnam “erməni məzlumluğu” mövzusunu bir daha gündəmə gətirmək cəhdləri sezildiyi səbəbindən və eləcə də Azərbaycan insanının Qəzzada baş verən qətliam zamanı ədalətli mövqe sərgiləməsinə kölgə salmaq hədəfi göründüyündən, təxribatı cavabsız qoymamaq qərarına gəldik.
Bu xüsusda bir neçə sadə həqiqəti xatırlatmağı inanc və vətəndaş cəmiyyəti fəalı olaraq özümə borc bilirəm. Azərbaycan xalqı əsrlərdən gələn tolerantlıq mədəniyyətinə malik olan bir xalqdır. Və bunun özülündə məhz İslam dünyagörüşü durur. Yəhudi xalqı da Vətənimizdə yaşayan digər xalqlar kimi, bizim üçün hörmətli və əzizdir. Bu, əsrlərlə belə olub və bundan sonra da belə olacaq. Qəzzada baş verən olaylara gəldikdə isə, bunlar – insanlığa qarşı bir cinayətdir və bu cinayətlərinin yəhudi xalqına heç bir aidiyyəti yoxdur. Buna bariz sübut olaraq, dünyanın hər yerində yaşayan yəhudilərin Qəzzada baş verən cinayətlərə qarşı sərgilədikləri qətiyyətli etirazları göstərmək olar. Və bu gün Qəzza məzlumları ilə həmrəylik göstərmək – dünyanın bütün vicdanlı insanlarının etdiyi bir işdir və yəhudi millətinin nümayəndələri bu etirazların ön sırasındadırlar”.
İ. İbrahimoğlu Azərbaycan KİV-nə də müraciət edərək, bu barədə xəbərləri şərhsiz verməməyə, vahid mövqe nümayiş etdirməyə çağırıb.
Qeyd edək ki, Ermənistanın “Panarmenian” agentliyi Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı azertopnews saytına istinadən Sumqayıtda guya yəhudi ailələrinə basqınlar təşkil edildiyi barədə internetdə dezinformasiya yayıb. Daha sonra isə digər erməni mənbələri də “Panarmenian”a istinadən bu “xəbəri” yayıblar.
“Panarmenian” saytının Azərbaycana qarşı davamlı olaraq həyata keçirdiyi bu dezinformasiyanın məqsədlərindən biri də 1988-ci ilin fevralında ermənilərin özləri tərəfindən təşkil olunmuş hadisələrin ildönümü ərəfəsində bu mövzunu gündəmə gətirməkdir. Təbii ki, erməni xüsusi xidmət orqanları Azərbaycanı qeyri-tolerant ölkə kimi qələmə vermək və Sumqayıtı milli-dini ekstremizmin mənbəyi kimi göstərmək planlarını da unutmayıblar. Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olması və yəhudi diasporu ilə Azərbaycan diasporu arasındakı normal əməkdaşlıq münasibətlərinə xələl gətirmək də heç şübhəsiz ki, ermənilərin niyyətləri sırasındadır.
Ermənilərin ardı-arası kəsilməyən cəhdləri göstərir ki, onlar 1988-ci ildə olduğu kimi dezinformasiya siyasətindən maksimum yararlanmağa cəhd göstərirlər.
Qeyd edək ki, Ermənistan xüsusi xidmət orqanlarının yaratdığı azertopnews saytı Azərbaycanın “xəbər saytı” görüntüsü yaradır. Sayt APA da daxil olmaqla bir neçə Azərbaycan KİV-ni bəzi separatçılığı dəstəkləyən internet portalları ilə birgə rəsmi informasiya dəstəyi kimi göstərib. APA rəsmən bu iddianı rədd edir və belə bir saytla əməkdaşlıq etmədiyini, sadəcə internetdə qarşısının alınması mümkünsüz olan plagiatlıqla üzləşdiyini bildirir.
Xəbər Lenti
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır