Bank Of Baku

Jirinovskinin Azərbaycan xalqını təhqir edən «Cənuba doğru son həmlə» kitabı RLDP-nin saytında yenidən yerləşdirilib

Jirinovskinin Azərbaycan xalqını təhqir edən «Cənuba doğru son həmlə» kitabı RLDP-nin saytında yenidən yerləşdirilib
# 13 fevral 2009 12:27 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA «Rusiya Azərbaycanlıları» Federal Milli-Mədəni Muxtariyyətinin («AzerRos») prezidenti Söyün Sadıqov Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskiyə məktub ünvanlayıb. APA-nın məlumatına görə, həmin məktub RLDP-nin saytında Jirinovskinin «Cənuba döğru son həmlə» kitabının yenidən yerləşdirilməsi ilə bağlıdır: “Jirinovskiyə xatırldarım ki, mənə yazdığı məktubunda bildirmişdi ki, həmin kitabı yazarkən heç bir xalqın şərəf və ləyaqətini təhqir etmək istəməyib, Azərbaycan xalqına hörmət edir və onun bir çox nümayəndələri ilə dostluq edir. Xatırlatmaq istərdim ki, Azərbaycan xalqı Rusiyada yaşayan bütün xalqlar ilə əsrlər boyu dostluq edir. Əgər siz öz millətinizi, yəhudi millətini nəzərdə tutursunuzsa, bu millətlə də Azərbaycan xalqı dostluq əlaqələrinə malikdir. Xatırlatmaq istərdim ki, BMT-nin iclaslarından birində İsrail prezidenti bəyan etmişdi bütün dünyada yəhudilərin ən yaxşı yaşadığı yer Azərbaycandır”.

S. Sadıqov Jirinovskiyə məktubunda bildirib ki, xalqlar arasında münaqişələri siyasətçilər yaradır. “Siz siyasi partiyanın lideri və Dövlət Dumasının sədr müavini kimi, mən isə Rusiya Federasiyasının ictimai xadimi kimi dediyimiz hər kələm üçün Rusiya xalqı və Rusiya qanunvericiliyi qarşısında böyük məsuliyyət daşıyırıq. Sizin mənə ünvanladığınız izah məktubundan sonra «Cənubi doğru son həmlə» kitabının saytdan çıxarmağınız məqsədəuyğun olardı. Bu halda biz sizinlə danışıqlar masasına oturaraq məsələni məhkəməsiz həll edə bilərdik”.

Xatırladaq ki, həmin kitabda Jirinovski Azərbaycan xalqını təhqir edib, azərbaycanlıların erməni xalqını və erməni dövlətini məhv etmək istədiyini yazıb və bu iddiasını azərbaycanlıların müsəlman, ermənilərin isə xristian olması ilə əsaslandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR