Bank Of Baku

Gürcüstanda azərbaycanlıların yaratdığı 30-a yaxın QHT fəaliyyətini gücləndirmək istəyir

Gürcüstanda azərbaycanlıların yaratdığı 30-a yaxın QHT fəaliyyətini gücləndirmək istəyir
# 17 fevral 2009 08:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların yaratdıqları 30-a yaxın qeyri-hökumət təşkilatı (QHT) fəaliyyətini gücləndirmək istəyir. Bu barədə APA-ya Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov bildirib. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların yaratdıqları QHT-lərə hüquqi və maarifləndirici təlimlərin keçirilməsi xahişi ilə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayevaya müraciət ediblər. Bundan sonra, Azərbaycanda bir neçə tanınmış QHT Gürcüstanda soydaşlarımızın rəhbərlik etdiyi təşkilatlara treninq-seminarlar keçirilməsinə müsbət reaksiya veriblər: “Bizim QHT-lərə beynəlxalq təşkilatlarla işləmək üçün müəyyən kurslar keçirilməsini istəyirik”.
F. Həsənov deyib ki, martın əvvəlindən nəzərdə tutulan treninq-seminarların keçirilməsinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR