Bank Of Baku

DAK rəhbərliyi Avstraliya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

DAK rəhbərliyi Avstraliya səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib
# 17 fevral 2009 10:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərlərinin Avstraliyaya səfərinin yekunları ilə bağlı qurumun həmsədri Sabir Rüstəmxanlı bu gün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Rüstəmxanlı DAK həmsədri Firidun Pərviznia və qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə ilə birgə yanvarın 28-dən fevralın 12-dək Avstraliyanın müxtəlif şəhərlərində olduqlarını deyib. O, Sidney şəhərindəki “Türk Evi”, Türk Danışma Dərnəyi, “Azərbaycanın səsi” radiosunda olduqlarını, Avstraliya parlamentinin senatorları ilə görüşlər keçirdiklərini, onların iştirakı ilə dəyirmi masanın keçirildiyini, Avstraliyanın Xarici İşlər Nazirliyində olduqlarını bildirib. Görüşlərdə DAK-ın fəaliyyəti, Azərbaycanın problemləri, Güney Azərbaycan məsələsi, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılıb. XİN-də keçirilən görüş zamanı Avstraliya nümayəndələri Azərbaycanın bu ölkədə səfirliyinin açılmasını təklif ediblər. S. Rüstəmxanlı bu ölkədə yaşayan azərbaycanlıların səfirlik olmadığı üçün bir sıra problemlərlə qarşılaşdıqlarını qeyd edib. DAK həmsədri məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət edəcəyini vurğulayıb.

Səfər zamanı DAK rəhbərliyi Sidney şəhərində “Türk Dünyasının bu günü və Azərbaycan-Türk diasporasının fəaliyyəti” mövzusunda konfrans təşkil edib. S. Rüstəmxanlı DAK-ın Avstraliya nümayəndəliyinin yaradıldığını, Əhməd Qeybinin nümayəndəliyin rəhbəri seçildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR