Bank Of Baku

Hollivudun “Miramax” studiyası azərbaycanlı rejissorun filmini 1 milyon tirajla buraxıb

Hollivudun “Miramax” studiyası azərbaycanlı rejissorun filmini 1 milyon tirajla buraxıb
# 17 fevral 2009 15:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanlı rejissor Fərid Hümbətovun çəkdiyi “Qafqaz” filmi Moskva şəhərinin kinoteatrlarında nümayiş etdirilir. APA-nın məlumatına görə, F. Hümbətov Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin saytına müsahibəsində bildirib ki, filmin nümayiş hüquqlarını Hollivudun məşhur “Miramaks” studiyası alıb: “Biz filmin 1 milyon DVD diskə yazılması barədə müqavilə imzalamışıq. Bütün tiraj əsasən ABŞ, Kanada, Honkonq və Cənubi Koreyada realizə olunur”. Rejissor filmin növbəti Kann Kinofestivalında iştirak edəcəyini söyləyib.

Yeni planları barədə danışan F. Hümbətov dahilər, qlobal kəşflər edən insanlar, həyatımızı dəyişən insanlar barədə “Atlantlar” adlı ssenari yazdığını açıqlayıb: ”Hazırda hazırlıq işləri aparılır, elmi materiallar öyrənilir, naturalar axtarılır. Yayda başlanacaq çəkilişlər ABŞ və Rusiyada aparılacaq. Filmdə Hollivud ulduzlarının iştirakı nəzərdə tutulub”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR