Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı silsilə tədbirlər Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin, Azərbaycan və türk təşkilatlarının, Strasburqda təhsil alan gənclərimizin, yerli və xarici qurumların nümayəndələrinin iştirakı ilə fevralın 26-da Avropa Parlamentlər Assosiasiyasının binasında XX əsrin bu dəhşətli faciələrindən birinə həsr olunmuş anma mərasimi ilə başlanacaq. Mərasim iştirakçılarına Xocalı soyqırımı, erməni vəhşilikləri, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi baradə Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdiyi materillar təqdim olunacaq, ermənilərin xalqımıza qarşı törətdiyi terror və soyqırımı aktlarına dair geniş məlumat veriləcək, faciədən bəhs edən film və fotostend nümayiş etdiriləcək. Bundan əlavə, elektron KİV-lərdə faicəyə dair məlumatların yerləşdirilməsi, “dəyirmi masa” keçirilməsi də nəzərdə tutulub.
Strasburqdakı “Azərbaycan evi” fevralın 28-də Strasburqun mərkəzindəki meydanda nümayiş keçirəcək. Fevralın 29-da yerli radioda Xocalı soyqırımına həsr olunmuş xüsusi veriliş səslənəcək.
Almaniyada da soyqırımın 17-ci ildönümünün qeyd edilməsi ilə bağlı geniş tədbirlər nəzərdə tutulub. Fevralın 26-da Diaspor ilə İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Alman-Azərbaycan Forumunun prezidenti Otto Hauzerlə birlikdə Frankfurtdakı “FOX” televiziyasının canlı efirində yarım saat Xocalı soyqırımı barədə çıxış edəcəklər.
Bundan başqa, Berlinin mərkəzi meydanlarından birində “Azərbaycan Evi” və “Alman Azərbaycan Həmrəylik Cəmiyyəti” birlikdə Xocalı faciəsi həqiqətlərinə alman ictimaiyyətinin diqqətini çəkmək məqsədilə mitinq keçirəcək. Daha bir etiraz aksiyası isə Hollandiyanın Haaqa şəhərində baş tutacaq.
“Hollandiya Azərbaycan Türk-Kültür Dərnəyi” isə martın 1-də Haaqadakı Xocalı abidəsinin önündə soyqırımı qurbanlarını anım tədbiri keçirəcək. Tədbirdə Azərbaycan və Türkiyənin Niderland Krallığındakı səfirləri, Azərbaycan və türk diaspor təşkilatlarının fəalları iştirak edəcəklər.
Brüsseldə isə fevralın 26-da Belçika-Azərbaycan Evinin təşəbbüsü ilə şəhərin “Place du Schuman” mərkəzi meydanında soyqırımın 17-ci ildönümü ilə əlaqədar çadır quracaq.
Həmin gün Almaniyanın Köln şəhərindəki “Vahid Azərbaycan Cəmiyyəti”nin üzvləri də Brüsselə gələrək buradakı Azərbaycan və türk diaspor təşkilatlarının iştirakı ilə Avropa Parlamentinin binası qarşısında tədbir keçirəcəklər.
Fevralın 22-də İsveçin Stokholm şəhərindəki “Sergelstorg” meydanında bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı qətliamına etiraz əlaməti olaraq mitinq keçirəcəklər. Danimarkadakı “Vətən” cəmiyyəti Xocalı faciəsinin ildönümünü soyqırım haqqında sənədli filmin nümayişi, broşuralar və kitabların təqdimatı ilə qeyd edəcək.
ABŞ-da da soyqırım qurbanlarının xatirəsi müxtəlif tədbirlərlə anılacaq. Belə ki, Amerika-Azərbaycan Şurasının və Amerika-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da “Xocalı həftəsi” keçiriləcək. Tədbirlərin Nyu-York, Vaşinqton, San-Fransisko, Kaliforniya, Çikaqoda təşkili nəzərdə tutulub. “Xocalı ədalət kampaniyası” adı altında baş tutacaq tədbirlər çərçivəsində soyqırımı ilə bağlı konfrans da keçiriləcək. Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı filmi nümayiş olunacaq, millət vəkili Həvva Məmmədovanın ingilis dilində işıq üzü görən Xocalı soyqırımı ilə bağlı kitabı iştirakçılara təqdim olunacaq. Bundan başqa, tədbirlər çərçivəsində BMT-nin Nyu Yorkdakı mənzil qərargahı qarşısında etiraz aksiyası keçiriləcək. Etiraz aksiyasında BMT ölkələrinə və baş katibinə müraciət ünvanlanacaq. Tədbirlərdə Azərbaycan Milli Məclisinin deputatları Həvva Məmmədova, Qənirə Paşayeva və Asim Mollazadə, amerikalı jurnalist Tomas Qolts və başqaları iştirak edəcəklər.
Soyqırımın 17-ci ildönümünün qeyd olunduğu daha bir mərasimi Nyu-Yorkda “Azərbaycan Nyu-York Assosiasiyası” ölkəmizin BMT-dəki Daimi Nümayəndəliyi ilə birgə keçirəcək.
Fevralın 26-da Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası soyqırımın 17-ci ildönümünə həsr olunmuş anım tədbiri və fotosərgi keçirməyi nəzərdə tutub. Manisada Azərbaycan Kültür və Dayanışma Dərnəyi anım mərasimi, İzmirdə təhsil alan azərbaycanlı tələbələr isə Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi ilə birgə konfrans keçirəcək.
Şimali Kİpr Türk Respublikasının Doğu Akdeniz Universitetində burada fəaliyyət göstərən İqtisadi, Mədəni Əməkdaşlıq Mərkəzinin keçirəcəyi anım tədbirində rəsmi qonaqlar, Doğu Akdeniz Universitetinin tələbə və müəllim kollektivi iştirak edəcək.
Faciənin 17-ci ildönümü günü Moldovada, Baltikyanı ölkələrdə - Estoniyada, Latviyada, Litvada, eyni zamanda Çexiyada, Rumıniyada, Kanadada, Birləşmiş Ərəb Əmirliklərində, Misir Ərəb Respublikasında, Avstraliyada, Tayland Krallığında, Yeni Zelandiyada, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Belarusda da tədbirlər baş tutacaq.
Gürcüstanın Marneuli şəhərində “Azərbaycan Mədəniyyət Mərkəzi” Azərbaycanın Gürcüstandakı Səfirliyi ilə birlikdə Xocalı soyqırımı ilə bağlı dəyirmi masa keçirəcək. Fevralın 26-da həmçinin Tiflisi şəhərində “Gürcüstan Azərbaycanlıları konqresi” səfirliklə birgə Xocalı soyqırımı ilə bağlı elmi praktik konfrans təşkil edəcək.
Rusiya Federasiyası üzrə fevralın 26-da Ümumrusiya Azərbaycan Konqresi Moskva şəhərindəki “Bakı” kinoteatrında Xocalı soyqırımına həsr edilmiş toplantı keçirməyi və sənədli film nümayişini nəzərdə tutur.
Ukraynanın paytaxtı Kiyevdə fevralın 25-də Ukrayna Azərbaycan Konqresinin təşkilatçılığı ilə azərbaycanlı rəssam Rasim Səydiyevin Xocalı soyqırımına həsr edilmiş sərgisi nümayiş etdiriləcək. Bu sərgi Xarkov, Dnepropetrovsk şəhərlərində də ictimaiyyətə təqdim olunacaq. Fevralın 26-da isə Kiyevdə və Ukraynanın digər bir neçə şəhərində yaşayan azərbaycanlılar Ermənistanın bu ölkədəki Səfirliyinin binası qarşısında piket keçirəcəklər. Eyni zamanda ATƏT-in Ukraynadakı Nümayəndəliyinin binası önündə də piket keçirilməsi və Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edilməsi nəzərdə tutulub.
Diaspor
Xəbər Lenti
Uitkoff: İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
ABŞ Livan siyasətçilərinin adını sanksiyalar siyahısına əlavə edib
Ağdamda avtomobil 4 piyadanı vurub
Makron ABŞ-İsrail-İran müharibəsinin bitmədiyinə inandığını deyib
Tramp: ABŞ İsrail, Livan və “Hizbullah” arasında atəşkəs gözləyir
Moskvadakı ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı yaralanıb
Astarada avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının açılış mərasiminə dair videomaterial paylaşılıb
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
ABŞ ordusu: İran limanlarına və sahil ərazilərinə daxil olan və çıxan bütün dəniz nəqliyyatına qarşı blokada qaldırılıb
ABŞ İranla razılaşmaya uzaqmənzilli raketlərin qadağan edilməsini də daxil etmək istəyir
Türkiyə MTŞ-də Rusiya–Ukrayna müharibəsi və Cənubi Qafqazda sülh prosesi müzakirə olunub
Vens: ABŞ faktiki olaraq İran dəniz limanlarının blokadasını ləğv edib
Azərbaycan və Pakistan XİN rəhbərləri ABŞ-la İran arasındakı razılaşmanı müzakirə edib
Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
Azərbaycanla Latviya arasında strateji dialoqun növbəti iclası keçirilib
ABŞ-ın Vitse-prezidenti: İranla saziş üzrə 60 günlük müddət bu gün başlayır
FHN geyiminin zəncirbəndi göz qapağına ilişən qadına köməklik göstərib - VİDEO
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft daşınıb, İran heç bir tankerə atəş açmayıb
"Tasnim": İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalı keçirilir - FOTO
DÇ-26: İsveçrə qələbə axtarışında
Azərbaycan-Rumıniya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - VİDEO - YENİLƏNİB-4 - FOTO
Zaxarova: NATO Ermənistan hərbçilərinə Rusiyaya qarşı döyüşməyi öyrədəcək
Xaricə tur paketlər vəd edərək pul ələ keçirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək, dünya təhlükəsiz olacaq
Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələyib
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
İsveç səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verib
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib
Naftalan turizminin inkişafında mühüm addım - TABIA Group və FlyKhiva arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO
Dünya Bankı: Böhranlar artıq istisna deyil, normaya çevrilib
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək
"Real" heyətini yeni futbolçu ilə gücləndirib
Nazir: Yəmənin dövlət gəlirləri 70% azalıb
Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
Malavi Prezidenti dövlət başçısı İlham Əliyevi təbrik edib
Milli Məclisin sədri Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb
Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO
Bakıda hipermarketə silahlı basqın etməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar verilib