Bank Of Baku

Fevralın 26-da Azərbaycanın bütün məktəblərində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək

Fevralın 26-da Azərbaycanın bütün məktəblərində ilk dərs saatı Xocalı soyqırımına həsr ediləcək
# 19 fevral 2009 14:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil naziri Misir Mərdanov “Xocalı soyqırımının 17-ci ildönümünün keçirilməsi barədə” əmr imzalayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən, Təhsil Nazirliyinin tədbirlər planı təsdiq olunub. Tədbirlər planında fevralın 26-da ali, orta ixtisas, ümumtəhsil, texniki-peşə, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatının Xocalı soyqırımına həsr edilməsi, bu təhsil müəssisələrinin internet saytlarına soyqırımı ilə bağlı məlumatların daxil edilməsi, rəsm sərgiləri, matəm mitinqləri, bədii və xatirə gecələrinin keçirilməsi, tamaşalar hazırlanması, sənədli və bədii filmlərin nümayişinin təşkili, soyqırımı şahidləri ilə görüşlər keçirilməsi barədə təhsil müəssisələrinin rəhbərlərinə, rayon və şəhər təhsil şöbələrinə tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR