Bank Of Baku

Azərbaycan Xocalı faciəsi ilə bağlı Haaqa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək

Azərbaycan Xocalı faciəsi ilə bağlı Haaqa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək
# 19 fevral 2009 14:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Xocalı faciəsinin ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, həm Azərbaycanın daxilində, həm də xarici ölkələrdə aksiyalar keçiriləcək”. APA-nın məlumatına görə, bu sözləri Prezidentin İcra Aparatı İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdirinin sözlərinə görə, aksiyalar Xocalı qurbanlarının ruhunu yad etmək, dünya ictimaiyyətinə Xocalıda ermənilərin törətdikləri cinayətlərin bütün detallarını çatdırmaq, işğal faktının beynəlxalq aləmdə qiymətləndirilməsinə nail olması məqsədi ilə keçiriləcək. Ə. Həsənov qeyd edib ki, bu istiqamətdə Azərbaycanın səfirlikləri, diaspora təşkilatları və hökumət strukturları bir neçə ildir, iş aparır: “Haaqa İnsan Hüquqları Məhkəməsinə müraciət də gündəmdədir. Bizim hüquqşünaslar və bəzi qeyri-hökumət təşkilatları bütün imkanları öyrənir, faktlar toplanılır, törədilmiş soyqırımı aktının detalları, hadisəni əks etdirən sənədlər, şəkillər, şahidlərin rəyləri sistemləşdirilir. Bundan sonra Haaqa İnsan Hüquqları Məhkəməsinə müraciət olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR