Almaniyada ənənəvi “Mayns Festivalı” başlayıb - FOTO
Məlumat üçün bildirək ki, Almaniyada yaşayan bütün xalqların iştirak etdiyi “Mayns Festivalı” möhtəşəmliyi və qədimliyi ilə seçilir. 1837-ci ildən bu günə qədər keçirilən festivalda hər il 1 milyona yaxın insan iştirakı edir. Festival Almaniyanın aparıcı ARD və ZDF TV kanallarında canlı yayımlanır.
Qeyd edək ki, Almaniyanın Mayns şəhər rəhbərliyi bu şəhərdəki Azərbaycan diasporuna xüsusi qayğısı ilə seçilir. Xatırladaq ki, Mayns-Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə Mayns şəhər bələdiyyəsinin başçısı Yens Boytelin rəhbərlik etdiyi nümayəndə heyəti 2007-ci ilin mayında Azərbaycanda səfərdə olub, müxtəlif görüşlər keçirib, Azərbaycanın bir sıra rayonlarında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olublar. Nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib. Səfərin nəticəsi olaraq Y. Boytel 147 minlik Almaniyaya «Azərbaycan haradadır!» sərlövhəli açıq məktubla müraciət edərək, Azərbaycan haqqında bütün təəssüratlarını əks etdirib, Ermənistanın təcavüzkar siyasəti barədə məlumat verib.
Onu da əlavə edək ki, fevral bütün Avropada festivallar ayı kimi tarixə düşüb. Bu festivallar məşhur Braziliya karnavalına bərabər tutulur və festivalların keçirildiyi Avropa şəhərlərinin sakinləri möhtəşəm bayram şənliklərini ilin 5-ci fəsli adlandırırlar. Təkcə Almaniyanın Köln, Düsseldorf və Mayns şəhərlərində keçirilən bu festivallarda tibb işçiləri və polislərindən başqa bütün əhali iştirak edir. Dünya şöhrətli “Berlinale” film festivalı da bu tədbirlər sırasındadır. Dünyanın müxtəlif yerlərindən ən azı 1 milyon turist festivalları izləməyə, teatrlaşdırılmış kostyum və səhnələrlə zəngin ballara, izdihamlı küçə yürüşlərinə baxmağa gəlir. Festivala hazırlıq 3 ay əvvəl, adətən hər il noyabrın 11-də saat 11.11-də başlanır, zirvəsi isə növbəti ilin fevral ayının 23-nə təsadüf edir. Almanların fikrincə, festivalın kulminasiyası qışın son ayına düşməlidir. Almaniya İqtisadiyyatı İnstitutunun əməkdaşları hesablayıblar ki, təkcə yerli sakinlər bu tədbirlərdə 3 milyarddan 5 milyard avroyadək pul xərcləyirlər. Karnavallardan həm də Almaniyanın əmək bazarı xeyir götürür - ilin bu vaxtı ölkədə 40-50 min əlavə iş yeri açılır. Almanlar festival tədbirlərində iştirak üçün 3 milyon kostyum, 900 min süni saç, 500 min maska, 2 milyon şlyapa, 6 milyon qrim üçün dəst və külli miqdarda digər bəzək əşyaları alırlar. Təkcə bu məhsulların satışında əldə olunan ticarət dövriyyəsi 295 milyon avrodur. Maynsda festival zamanı 60 ton şirniyyat paylanır, kiçik bayram hədiyyələrinə 75 min avro, təkcə karnaval ordenlərinə isə 180 min avro xərclənir.
Xəbər Lenti
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır