Bank Of Baku

Xocalı soyqırımının ildönümü ilə bağlı Səbail rayonunda məktəblilər arasında güllə atıcılığı üzrə yarış keçirilib

Xocalı soyqırımının ildönümü ilə bağlı Səbail rayonunda məktəblilər arasında güllə atıcılığı üzrə yarış keçirilib
# 20 fevral 2009 15:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı Səbail rayonunda məktəblilər arasında güllə atıcılığı üzrə yarış keçirilib. Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, yarış rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsi və Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ilə birgə təşkil edilib. Tədbirdə İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkili Fuad Muradov, Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev və digər şəxslər çıxış edərək Xocalı faciəsi ilə bağlı məktəblilərə məlumat veriblər. Səbail rayonunun 16 orta məktəbinin komandasının iştirakı ilə keçirilən yarışlara yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə Beynəlxalq Təhsil Kompleksinin, 2-ci yerə 7 saylı orta məktəbin və 3-cü yerə isə 239 saylı orta məktəbin komandaları layiq görülüb.

Şəxsi qabiliyyətdə birinci yeri 160 saylı Klassik Gimnaziyanın şagirdi Sabir Rzayev, 2-ci yeri 239 saylı orta məktəbin şagirdi Anar Kərimov, 3-cü yeri isə 7 saylı orta məktəbin şagirdi Əli Əliyev tutub. Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR