Bank Of Baku

Yaroslavlda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin bölməsi açılıb

Yaroslavlda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin bölməsi açılıb
# 23 fevral 2009 12:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Yaroslavl vilayətinin Uqliç şəhərində Azərbaycan Milli-Mədəni Muxtariyyətinin yerli bölməsi açılıb. APA-nın “AzerRos”a istinadən verdiyi məlumata görə, bu münasibətlə Uqliç şəhər bələdiyyəsinin binasında dəyirmi masa keçirilib. Uqliç rayon administrasiyasının nümayəndəsi bölmənin açılmasının təbii olduğunu, yerli Azərbaycan diasporunun lideri Vidadi Hacıyevin şəhər həyatında fəal rol oynadığını xüsusi qeyd edib. Qubernatorun müşaviri Aleksandr Tomçenko isə bildirib ki, bu vəzifədə çalışdığı işlədiyi 10 il ərzində Azərbaycan icması bütün tədbirlərə fəal şəkildə qatılıb, müxtəlif işlərə sponsorluq edib, nüfuzlu ictimai təşkilat kimi tanınıb. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Ağalar Atamoğlanov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR