İsveçdə, Avstraliyada və Dubayda Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 22-də Stokholm şəhərində Azərbaycan diasporunun fəalları İsveç parlamentinin spikeri Per Westerberqlə görüşüblər. İsveçdəki “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollendrandın verdiyi xəbərə görə, görüşdə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırım aktı barədə geniş danışılıb. Spikerə məlumat verilib ki, soyqırım zamanı 613 nəfər öldürülüb, müxtəlif yaşlı 1000 dinc sakin əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər dinc sakin girov götürülüb. Görüşdə İsveç parlamentinin rəhbərinə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs edən “Erməni terroru” kitabı təqdim edilib. Sidneydə də Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib. Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyi, Sidney Türk Dayanışma Dərnəyi, Azərbaycan Dərnəyi və “Azərbaycanın Səsi” Radiosunun birgə təşkil etdiyi anım tədbirində bu şəhərdə yaşayan soydaşlarımız, eləcə də türklər, türkmənlər, digər xalqların diaspor təşkilatlarının rəhbərləri, millət vəkilləri və KİV nümayəndələri, həmçinin bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyinin sədri İmaməddin Qasımov qonaqlara soyqırımla bağlı məlumat verib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Soydaşlarımızla yanaşı türk, fransız, rus icmalarının, iraq türkmənlərinin və ərəblərin də qatıldığı tədbirdə 17 il əvvəl ermənilərin törətdiyi dəhşətli soyqırım haqqında məlumat verilib. Cəmiyyətin sədri Samir İmanov öz çıxışında bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Cəmiyyət sədri mərasimə toplaşanlara məlumat verib ki, indi Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verilməsi yollarını araşdırır.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib, bu qanlı hadisədən bəhs edən kitablar sərgilənib, onlardan bəziləri qonaqlara paylanıb. Heydər Əliyev Fondunun hazırladığı soyqırımdan bəhs edən film də tədbir iştirakçılarına təqdim olunub.
Xəbər Lenti
Hikmət Hacıyev: Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib
Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb