Bank Of Baku

Fransada Xocalı soyqırımın 17-ci ildönümü ilə bağlı mitinq keçiriləcək

Fransada Xocalı soyqırımın 17-ci ildönümü ilə bağlı mitinq keçiriləcək
# 24 fevral 2009 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Fransada fəaliyyət göstərən bir qrup diaspor təşkilatı Strasburq şəhərində Xocalı soyqırımın 17-ci ildönümü ilə bağlı mitinq keçirəcək. Mitinqin Təşkilat Komitəsindən APA-ya verilən məlumata görə, fevralın 28-də Strasburqun “Kleber” meydanında keçiriləcək mitinq zamanı Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ermənilərin törətdikləri vəhşiliklərdən bəhs edən fotolar, kitablar və broşuralar şəhər əhalisinə paylanacaq. Aksiya iştirakçıları Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı azərbaycanlı əhaliyə qarşı törədilən cinayət hadisələrinə etiraz edəcək. Mitinqdə Avropa dövlətlərindən bu hadisənin soyqırım kimi tanınmasını tələb olunacaq.
Qeyd edək ki, mitinq Strasburq "Azərbaycan Evi", Azərbaycanla Mədəni Əlaqələr və Azərbaycan Kültür Cəmiyyətləri, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası və Mulhouse Fransa Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR