Bank Of Baku

Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı İsveçrə və Səudiyyə Ərəbistanında "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər keçirilib

Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı İsveçrə və Səudiyyə Ərəbistanında "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər keçirilib
# 25 fevral 2009 13:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva APA. Bu gün Xocalı soyqırımının 17-ci ildönümü ilə bağlı İsveçrədə və Səudiyyə Ərəbistanında "Xocalıya Ədalət" kampaniyası çərçivəsində tədbirlər keçirilib. APA məlumatına görə, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya Ədalət” kampaniyasının və www.justiceforkhojaly.org saytının təqdimat mərasimi Bern şəhərində İsveçrənin federal hökumətinə məxsus olan “Politforum”da baş tutub. Kampaniyanın təqdimatında İsveçrə hökumətinin nümayəndələri, parlament üzvləri, QHT, Berndə akkreditə olunan Diplomatik Missiyalar və KİV nümayəndələri iştirak edib. Eyni zamanda tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “War Against Azerbaijan – Targeting Cultural Heritage” (“Azərbaycana qarşı müharibə”) adlı kitabın təqdimatı və Fond tərəfindən xaricdə yayınlanan fotoşəkillərin sərgisi təşkil olunub. Tədbir zamanı Xocalı haqqında film də nümayiş etdirilib. Tədbir “Xocalıya Ədalət” kampaniyasını dəstəkləyən bəyanatın imzalanması ilə bitib.
Fevralın 25-də isə Səudiyyə Ərəbistanının aparıcı mətbuat zallarının biri olan “Riyad Palace” da ölkənin ictimai-siyasi dairələri, beynəlxalq təşkilatlar və İslam Konfransı Təşkilatının katibliyinin nümayəndələrinin, Əl-Riyadda akkreditə olunmuş nümayəndəlik və səfirliklərin təmsilçilərinin və KİV-in iştirakı ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının və kampaniyanın www.justiceforkhojaly.org internet saytının təqdimat mərasimi keçirilib. Tədbir çərçivəsində Xocalı faciəsi ilə bağlı fotosərgi təşkil olunub və film nümayiş etdirilib.
Qeyd edək ki, dünən "Xocalıya Ədalət" kampaniyası üzrə tədbirlər Böyük Britaniya və ABŞ-da keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR