Bank Of Baku

Danimarkada və İsveçdə Xocalı soyqırımının ildönümü anılıb

Danimarkada və İsveçdə Xocalı soyqırımının ildönümü anılıb
# 25 fevral 2009 13:51 (UTC +04:00)
Bakı-APA. Danimarkanın Herlev şəhərində "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müxtəlif xalqların diaspor təşkilatlarının nümayəndələrinin də qatıldığı konfransda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocalı faciəsi barədə geniş məlumat verən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi öz çıxışında ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi terror və təcavüz aktları, xüsusilə Qarabağ münaqişəsi haqqında danışıb. Gürcü Cəmiyyətinin sədri Rusudan Qiorqberidze isə gürcü xalqının hər bir məsələdə Azərbaycanla həmfikir olduğunu bildirib. Sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib və bir neçə dildə çap edilmiş broşurlar qonaqlara paylanıb.
İsveçin paytaxtı Stokholm şəhərinin Sergelstorg meydanında isə bu ölkədəki Azərbaycan diaspor təşkilatları Xocalı soyqrımının 17-cı ildönümünə həsr olunmuş etiraz aksiyası keçiriblər. "Qarabağ", "Azərbaycan Naminə", "Prometey", "Odlar Yurdu", "Ərk" və "Azərbaycan Federasiyası - İsveç" və digər təşkilatların nümayəndələrinin qatıldığı mitinq Azərbaycanın dövlət himni ilə başlanıb. Xocalı qətliamında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra soyqırım barədə ingilis və isveç dilində çıxışlar səslənib. Ermənistan hərbi birləşmələrinin Xocalıda törətdiyi vəhşilikləri barədə hazırlanmış bilgi vərəqələri paylanıb. Mitinqin sonunda soyqırım aktını pisləyən qətnamə qəbul edilib və sənəd beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR