Bank Of Baku

Oksfordda “Azərbaycan Şərqlə Qərbin qovuşuğunda” mövzusunda konfrans keçirilib

Oksfordda “Azərbaycan Şərqlə Qərbin qovuşuğunda” mövzusunda konfrans keçirilib
# 26 fevral 2009 11:23 (UTC +04:00)
Oksford-APA. Oksford şəhərində Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Azərbaycan Diplomatik Akademiyasının (ADA) və Oksford-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Şərqlə Qərbin qovuşuğunda” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Oksford Universitetinin və Britaniyanın digər universitetlərinin region üzrə ixtisaslaşan mütəxəssislərinin və professorlarının, Britaniya ictimaiyyəti nümayəndələrinin, ölkədə fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatları təmsilçilərinin iştirak etdikləri konfransda çıxış edən səfir Fəxrəddin Qurbanov Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin bütün sahələrdə genişləndiyini vurğulayıb. O, ölkəmizdə gedən proseslər, xarici siyasətin əsas istiqamətləri barədə də məlumat verib, Dağlıq Qarabağ münaqişəsinin bölgədə sülh və tərəqqinin bərqərar olunması yolunda əsas maneə olduğunu bildirib. Diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların səmərə verəcəyinə ümidvar olduğunu söyləyib.

Konfransda əsas məruzəçi qismində ADA-dan tanınmış tədqiqatçı-alim Brenda Şaffer və Fuad Əliyev, Böyük Britaniyanın “LİNKS” qeyri-hökumət təşkilatının nümayəndəsi Dennis Sammut və tanınmış jurnalist, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal çıxış ediblər. Onlar Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu, tarazlaşdırılmış xarici siyasətin davam etdirilməsinin zəruriliyini bildirib, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasının bütövlükdə region üçün əsas təhdid olduğunu vurğulayıblar. Azərbaycanın Avropanın enerji təchizatında rolunun getdikcə artdığı, eləcə də həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin regionda liderə çevrildiyi xüsusi qeyd edilib. Sessiyalardan sonra iştirakçıların müxtəlif mövzular üzrə çoxsaylı suallarına cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR