Bank Of Baku

“Xocalıya ədalət” beynəlxalq kampaniyasına Türkiyədə rəsmi start verilib

“Xocalıya ədalət” beynəlxalq kampaniyasına Türkiyədə rəsmi start verilib
# 26 fevral 2009 12:22 (UTC +04:00)
İstanbul-APA. Türkiyədə “Xocalıya Ədalət: humanitar və hüquqi tanınma perspektivləri” mövzusunda keçirilmiş konfrans ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verilib. APA-nın məlumatına görə, konfrans Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə İstanbul Dünya Ticarət Mərkəzində yerləşən Forumun Baş Qərargahında millət vəkilləri, hökumət nümayəndələri, bələdiyyə başçıları, elm adamları və önəmli media qurumlarının iştirakı ilə təşkil edilib. Konfransın açılışı “Dua” filminin nümayişi ilə başlanıb. Daha sonra DƏ-İKGF-nin Baş Katibi Elşad İskəndərov giriş sözü ilə çıxış edərək təşəbbüsün önəmi barədə söz açıb, kampaniyaya 20-dən artıq ölkədə start verildiyini vurğulayıb və qardaş Türkiyənin ictimaiyyətinə və hökumətinə kampaniyaya verdikləri dəstəyə görə təşəkkürünü bildirib. Kampaniyanın Türkiyə üzrə milli koordintoru gənc tarixçi Əminə Yetim “Xocalıya Ədalət” kampaniyasını və www.justiceforkhojaly.org internet saytını təqdim edib. Konfransın açılışında cıxış edən DƏ-İKGF-nin prezidenti Ali Sarıkaya, İstanbul Böyük Şəhər Bələdiyyəsi Gənclər və İdman müdiri Enis Erdem kampaniyanın vacibliyini vurğulayaraq təmsil etdikləri qurumlar tərəfindən kampaniyanın keçirilməsinə hərtərəfli dəstək veriləcəyini bildiriblər. Açılış mərasiminin sonunda tədbir iştirakçıları kampaniyaya dəstək üçün Kampaniyanın Bəyannaməsini imzalayıblar.

Konfransın ilk plenar iclasında Türkiyənin aparıcı Universitetlərindən olan Yeditəpə Universitetinin professoru, Yaxın Keçmiş Tarixi Araşdırmalar Mərkəzinin Sədri Mehmet Saray və Qazi Universitetinin professoru İlyas Doğanın çıxışları olub. Onlar öz çıxışlarında Azərbaycan torpaqlarının işğalından və Xocalı faciəsinin beynəlxalq səviyyədə hüquqi tanınmasının labüdlüyündən söhbət açıblar. 2-ci plenar iclasda Türkiyə universitetlərindən olan gənclərin çıxışları dinlənilib. Gənclər öz çıxışlarında Xocalı faciəsini beynəlxalq hüquq prizmasından təhlil edib, faciənin insan hüquqları baxımından qiymətləndirilməsindən bəhs ediblər. Bu prizmadan Türkiyənin Ermənistanla sərhədlərin açılmaması siyasətinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Konfransda çıxış edən “Hollywood”un ilk türk kökənli prodüseri Mehmet Çelebi ABŞ-da türk diasporunun Xocalı məsələsini daim gündəmdə saxladığını bildirib. O, qeyd edib ki, təmsil etdiyi Çikaqo Türk Diasporunun fəaliyyəti nəticəsində Xocalı faciəsinin fəal şəkildə inkarı siyasətini yürüdən nüfuzlu “Amerikanın Erməni Milli Komitəsi” bu yaxınlarda məhkəməyə verilib. Tədbirin sonunda rejissor Korhan Yurtseverin çəkdiyi Xocalı faciəsinə həsr olunmuş ‘Bu son olsun’ filmi nümayiş etdirilib.

Bu gün Kiyev, Vaşinqton, Berlin, Buxarest, Vyana, Riqa və Varşavada da “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər keçirilib. Tədbirlər zamanı www.justiceforkhojaly.org internet saytının təqdimatı keçirilib. Qeyd edək ki, “Xocalıya Ədalət” (Justice for Khojaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR