Bank Of Baku

Xocalı soyqırımı zamanı əsir götürülmüş və qətlə yetirilməmiş Azərbaycan vətəndaşları barədə məlumatlar Avropa Məhkəməsinə göndəriləcək

Xocalı soyqırımı zamanı əsir götürülmüş və qətlə yetirilməmiş Azərbaycan vətəndaşları barədə məlumatlar Avropa Məhkəməsinə göndəriləcək
# 26 fevral 2009 13:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Xocalı faciəsi zamanı əsir götürülmüş və qətlə yetirilməmiş Azərbaycan vətəndaşları barədə məlumatlar Avropa Məhkəməsinə və digər beynəlxalq qurumlara göndəriləcək”. APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. Onun sözlərinə görə, sözügedən insanlar barəsində olan məlumatlar beynəlxalq hüquq normalarına əsasən tərtib edilir və ingilis dilinə tərcümə olunur. Bu proses başa çatdıqdan sonra isə erməni əsirliyində olan Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq normalarına uyğun geri qaytarılması ilə bağlı məsələ qaldırılacaq.

Ş. Sailov qeyd edib kİ, Dövlət Komissiyasının təşəbbüsü ilə Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri və Hərbi Prokurorluğun birgə əməliyyat-istintaq qrupu yaradılıb: “Bu qrup durmadan Xocalı və bütün Qarabağda baş verən soyqırımı faktları ilə bağlı araşdırmalar aparır. Qrupun son məlumatına görə, hazırda azərbaycanlılara qarşı soyqırımı törətmiş 279 erməni haqqında faktlar və istintaq materialları toplanılıb. Bu materialların içərisində ancaq Xocalı soyqırımını törətmiş 38 ermənin də adı var. Onların adlarının “İnterpol”a verilməsi və tutularaq istintaqa cəlb edilmələri istiqamətində lazımi tədbirlər görüləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR