Bank Of Baku

Britaniya Parlamentində Xocalı qətliamının tanınması haqqında sənəd hazırlanıb

Britaniya Parlamentində Xocalı qətliamının tanınması haqqında sənəd hazırlanıb
# 27 fevral 2009 15:06 (UTC +04:00)
Cəmiyyətdən APA-ya verilən məlumata görə, sənəddə Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti pislənilib, Palata Britaniya hökumətini Xocalı qətliamını tanımağa, bununla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni beynəlxalq təşəbbüs göstərməyə çağırıb. Sənəddə qeyd olunur ki, konfliktin öz həllini tapmaması bütün Qafqaz regionu üçün təhlükədir. Bu, Birləşmiş Krallığın Azərbaycana yatırdığı sərmayələri də təhlükə altına qoyur. Sənəddə o da bildirilir ki, münaqişənin dinc üsullarla həllinə nail oluna bilinməməsinin səbəbi BMT Təhlükəsizlik Şurasında Ermənistan hərbi qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması və 1 milyona qədər qaçqın və köçkünün öz torpaqlarına qayıtması haqqında qəbul olunmuş qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Sənəd konfliktin Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ əhalisinə ən yüksək muxtariyyətin verilməsi prinsipləri əsasında həllini dəstəklədiyini bəyan edir, onu da nəzərə almağı vacib sayır ki, Birləşmiş Krallıq Azərbaycanda ən böyük xarici sərmayədar ölkədir. Bu ölkədə 5000 Britaniya vətəndaşı yaşayır, Britaniya Azərbaycanın neft sənayesində 20 faiz paya malikdir. Sənədin tam mətni ilə http://edmi.parliament.uk/EDMi/EDMDetails.aspx?EDMID=37972&SESSION=899 internet ünvanında tanış olmaq mümkündür.

Məlumat üçün qeyd edək ki, EDM (Early Day Motion) Böyük Britaniya Parlamentində İcmalar Palatası üzvlərinin hər hansı məsələyə Palatanın diqqətini cəlb etmək üçün tərtib etdikləri və deputatların imzasına təqdim etdikləri sənəddir. Deputatlar sənədə imza atmaqla qaldırılan məsələyə dəstəklərini göstərə bilərlər. EDM sessiyanın sonuna qədər imzalanmaq üçün açıq olur. EDM-də qaldırılmış problem bütün hallarda Palatada müzakirə olunmasa da, belə sənədlərlə məsələyə geniş dairələrin diqqətini cəlb etmək mümkündür.
Xocalı qətliamının növbəti ildönümü ilə əlaqədar daxil olmuş EDM artıq Palatanın 10 deputatı tərəfindən imzalanın və cari sessiyanın sonuna - 2009-cu ilin axırınadək imzalanmaq üçün açıqdır.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyəti 2004-cü ildə Böyük Britaniyada Tale Heydərov tərəfindən təsis edilib. Cəmiyyət Azərbaycanın dünyada tanıdılması məqsədi ilə nəşr olunan ingilisdilli “Visions of Azerbaijan” jurnalının və Qarabağ həqiqətlərindən bəhs edən www.karabakh.co.uk internet portalının təsisçisidir. Cəmiyyət, həmçinin “Khojaly Tragedy – an International View” (“Xocalı faciəsi – beynəlxalq baxış”), “International Visions: Armenia-Azerbaijan conflict over Karabakh” (“Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə beynəlxalq baxışlar”), ingilis və rus dillərində “Azərbaycan: 100 sual-cavab” kitablarının müəllifidir. Cəmiyyətin təşəbbüsü ilə Britaniyalı rejissor Nik Tayron tərəfindən Azərbaycan qaçqınlarının həyatından bəhs edən “Mənim Sürreal Vəzifəm” (“My Surreal Duty”) adlı sənədli film çəkilib. Cəmiyyət və onun fəaliyyəti haqqında daha ətraflı məlumatı www.t-e-a-s.eu saytından almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR