Bank Of Baku

BMT-nin baş ofisi qarşısında Xocalı qətliamının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

BMT-nin baş ofisi qarşısında Xocalı qətliamının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
# 01 mart 2009 09:16 (UTC +04:00)
APA-nın ABŞ bürosunun əməkdaşının verdiyi xəbərə görə, aksiyaya ABŞ-dakı digər Azərbaycan diaspor təşkilatlarının nümayəndələri də qatılıblar. Aksiyada Azərbaycan millət vəkilləri Həvva Məmmədova və Qənirə Paşayeva da iştirak ediblər.

Aksiyaya dəstək olaraq yəhudi və digər xalqların diasporunun nümayəndələri də qatılıblar.

İki saatdan artıq davam edən aksiyada “Ermənistana ar olsun!”, “Qarabağa ədalət!”, “Ermənistan Qarabağdan rədd ol" şüarları səsləndirilib, soyqırımı əks etdirən fotoşəkillər, bu vəhşiliyi pisləyən transparantlar qaldırılıb.

Aksiya keçirilən zaman BMT-nin ziyarətçilərinə Xocalı faciəsi haqqında məlumatların və fotoların əks olunduğu vərəqələr paylanılıb.

Tədbirin sonunda BMT Baş Katibliyinə etiraz aksiyasının iştirakçıları adından sənəd təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR