Bank Of Baku

Hyustonda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirilib - FOTOSESSİYA

Hyustonda Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 02 mart 2009 07:53 (UTC +04:00)
Hyuston. Zaur Həsənov-APA. Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımının ildönümünə həsr olunmuş etiraz aksiyası keçirilib. APA-nın məlumatına görə, Amerika Azərbaycanlıları Şurasının üzvləri və sıravi azərbaycanlılar Xocalı həqiqətlərini əks etdirən vərəqələri də Hyuston sakinlərinə paylayıblar. Bundan başqa Texas Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası Xocalı faciəsini əks etdirən fotoşəkillərin sərgisini təşkil edib. Sərgi mart ayı boyunca nümayiş olunacaq. Hyustonda həmçinin Amerika Azərbaycan Şurasının təşəbbüsü ilə “Xocalı həftəsi” çərçivəsində soyqırımın 17-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən Amerika Azərbaycan Şurasının vitse-prezidenti Yusif Babanlı, təşkilatın üzvü Toğrul Məmmədbəyov, Milli Məclisin üzvü Həvva Məmmədova məlum qanlı faciə barədə tədbir iştirakçılarına məlumat veriblər. Yusif Babanlı və Toğrul Məmmədbəyov Dağlıq Qarabağ tarixinin ermənilər tərəfindən mənimsənilməsi, 20 il bundan əvvəl erməniləri həyata keçirdiyi etnik təmizləmə, soyqırımı kompaniyası barədə məlumat veriblər. Tədbir çərçivəsində həmçinin Milli Məclisin üzvü Həvva Məmmədovanın “Xocalı soyqırımı” kitabının təqdimatını keçirilib və Heydər Əliyev Fondu tərəfindən hazırlanan sənədli film nümayiş olunub. Anım mərasiminə Türkiyə Siyasi Komitəsinin prezidenti Demir Karsan, Ukrayna icmasının rəhbəri Roman Çernoqorodski, Amerika Azərbaycan Şurasının Azərbaycan üzrə təmsilçisi Kəmalə Paşayeva və şəhərdə yaşayan çoxlu sayda həmvətənlərimiz iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR