Bank Of Baku

Gürcüstanın diasporla iş üzrə dövlət naziri Azərbaycana gələcək

Gürcüstanın diasporla iş üzrə dövlət naziri Azərbaycana gələcək
# 02 mart 2009 12:50 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın Diasporla İş üzrə Dövlət naziri Yulon Qaqoşidze martın 4-7–də Azərbaycanda səfərdə olacaq. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Yulon Qaqoşidzeni Azərbaycana Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dəvət edib. Səfər zamanı Gürcüstanın dövlət naziri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Yulon Qaqoşidzenin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, təhsil naziri Misir Mərdanovla görüşləri nəzərdə tutulub. Qonaq Gürcüstanın Azərbaycandakı səfirliyində ölkəmizdəki gürcü diasporunun təmsilçiləri, Saatlı rayonunda məskunlaşmış Ahıska türklərinin nümayəndələri, eləcə də Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin üzvləri ilə görüşəcək.
Y. Qaqoşidzenin Qax, Zaqatala və Balakən rayonlarına səfəri, bu bölgələrdə yerli dövlət orqanlarının və gürcü diasporunun üzvləri ilə görüşləri də planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR