Bank Of Baku

Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılmasına hazırlıq görülür

Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılmasına hazırlıq görülür
# 02 mart 2009 15:01 (UTC +04:00)
Bakı-APA. Polşa Azərbaycanlıları Assosiasiyasının yaradılması istiqamətində hazırlıq görülür. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bu qurum Polşada yaşayan soydaşlarımızın təşkilatlanma səviyyəsini daha da yüksəltmək, bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə işini təmin etmək və onların vahid mərkəzdən koordinasiyasına nail olmaq məqsədilə yaradılacaq. Bununla bağlı Polşaya ezam olunan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Varşava Universitetində soydaşlarımızla keçirdikləri görüşdə ətraflı müzakirələr aparılıb. Assosiasiyanın təsis konfransının Varşavada keçirilməsi nəzərdə tutulub.
Komitə əməkdaşları həmçinin Qdansk şəhərində də olub, buradakı Azər-Pol Cəmiyyətində görüşlər keçiriblər. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının gətirdiyi Xocalı soyqırımına dair CD, kitab və digər təbliğat materialları Varşavada faciənin 17-ci ildönümünə həsr olunmuş anım mərasiminin iştirakçılarına paylanıb. Anım mərasimində həmçinin İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya Ədalət” kampaniyası barədə ətraflı məlumat verilib, bu kampaniya çərçivəsində bəyanat qəbul edilib və imza toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR