Bank Of Baku

Gürcüstan prezidenti Novruz bayramında Borçalıya gedəcək

Gürcüstan prezidenti Novruz bayramında Borçalıya gedəcək
# 04 mart 2009 10:54 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Novruz bayramında Borçalıya gələcək. Bu barədə APA-nın Gürcüstan bürosuna Marneuli rayon İcra Hakimiyyəti başçısının müavini Hüseyn Yusifov məlumat verib. Şəhərdə Novruz tədbirlərini keçirmək üçün qərargah yaradılıb. Qərargahın sədri, Marneuli bələdiyyəsinin sədri Ayvaz İsmayılov bildirib ki, martın 21-də keçiriləcək Novruz şənliklərinə Tiflisdən müğənnilər qrupu və Bakıdan müğənni Manana Çaparidze dəvət ediləcək. Novruz tədbirlərində Azərbaycan və Gürcüstan parlamentinin üzvləri, dövlət nümayəndələri və diğər rayonlardan gələn azərbaycanlıların da iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR