Bank Of Baku

Xocalı soyqırımı Avropa Parlamentində anılıb

Xocalı soyqırımı Avropa Parlamentində anılıb
# 04 mart 2009 11:06 (UTC +04:00)
Tədbirdə Avropa parlamentinin deputatları, Avropa İttifaqında (Aİ) akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, kütləvi informasiya vasitələri, Brüsseldə fəaliyyət göstərən tədqiqat mərkəzləri və qeyri-hökumət təşkilatları, həmçinin Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycan Belçikadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımına aid foto-sərgi ilə tanış olublar. Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov tədbirdə giriş nitqi söyləyib.

Sonra Avropa Parlamentinin deputatı Jizela Kalenbax iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Ceymstaun Fondunun aparıcı tədqiqatçısı Vladimir Sokor isə Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb.

Tədbirdə İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq kampaniyası barədə məlumat verilib, bu aksiyaya dəstək olaraq imzalar toplanıb.

Tədbir zalda qoyulmuş böyük ekranda Xocalı soyqırımı qurbanlarının adlarının yazılması ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR