Bank Of Baku

Gürcüstan parlamentində azərbaycanlı tələbələrlə görüş keçirilib

Gürcüstan parlamentində azərbaycanlı tələbələrlə görüş keçirilib
# 04 mart 2009 15:37 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan parlamentinin binasında deputat Ramin Bayramovun təşəbbüsü ilə Tiflis ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə tələbələri narahat edən problemlər və onların həlli yolları müzakirə edilib. R. Bayramov APA-nın Gürcüstan bürosuna bildirib ki, tələbələr onları narahat edən problemlərlə ciddi məşğul olacaq Tələbə Assosiasiyası yaradılması ideyasını irəli sürüblər. Assosiasiya tələbələrin köməyi ilə gürcü tələbələri arasında Azərbaycanın mədəniyyəti və tarixini təbliğ edəcək, əlamətdar günləri qeyd etmək üçün layihələr hazırlayacaq, azərbaycanlıların problemlərini əlaqədar təşkilatlara çatdıracaq, eyni zamanda qrant almaq üçün professional təcrübə toplayacaq. Yaxın günlərdə assosiasiyanın təqdimatının keçirilməsi nəzərdə tutulur.
Görüşdə Tiflisdə fəaliyyət göstərən Gənclər Təşəbbüs Qrupunun üzvləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR