Bank Of Baku

Gürcüstanın diaspora naziri Azərbaycana gəlib

Gürcüstanın diaspora naziri Azərbaycana gəlib
# 05 mart 2009 08:31 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Gürcüstanın diaspora işləri üzrə dövlət naziri Yulon Qaqoşidze Azərbaycana gəlib. APA-nın məlumatına görə, nazir bildirib ki, həm Gürcüstandakı azərbaycanlılar, həm də Azərbaycandakı gürcülər özlərini çox yaxşı – evdəki kimi hiss edirlər. Ancaq o əlavə edib ki, Gürcüstandakı azərbaycanlıların ən böyük problemi gürcü dilini bilməməkdir: “Gürcüstandakı Azərbaycan diasporu ölkəmizin bir hissəsidir. Onlar çoxdan bəri orada – öz torpaqlarında yaşayırlar. Əlbəttə, problemlər də var və bunlardan ən önəmlisi dil problemidir. Gürcüstandakı azərbaycanlıların çoxu dövlət dilini zəif bilir. Bizim Təhsil Nazirliyi Azərbaycan məktəblərində gürcü dilinin tədrisini yaxşılaşdırmaq üçün tədbirlər görür”. Y. Qaqoşidze Gürcüstanda 228 Azərbaycandilli məktəbin olduğunu söyləyib.

Azərbaycana nazir qismində ilk dəfədir səfər etdiyini vurğulayan qonaq Bakıda prezident İlham Əliyev, azərbaycanlı həmkarı Nazim İbrahimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanovla görüşəcəyini, Gürcüstanın Azərbaycandakı səfirliyində gürcü diasporunun təmsilçiləri, Saatlı rayonunda məskunlaşmış Ahıska türklərinin nümayəndələri, eləcə də Ahıska Türklərinin “Vətən” Cəmiyyətinin üzvləri ilə bir araya gələcəyini bildirib. O, gürcülərin yaşadığı Qaz, Zaqatala və Balakən rayonlarına səfər edəcəyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR