Bank Of Baku

Nazim İbrahimov Gürcüstanın diasporla iş üzrə dövlət naziri ilə görüşüb

Nazim İbrahimov Gürcüstanın diasporla iş üzrə dövlət naziri ilə görüşüb
# 05 mart 2009 13:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gürcüstanın diasporla iş üzrə dövlət naziri Yulon Qaqoşidze Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşüb. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, N. İbrahimov rəhbərlik etdiyi qurumun fəaliyyəti, xüsusilə Gürcüstandakı azərbaycanlıların cəmiyyətə inteqrasiyası məqsədilə görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sentyabrında Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 50-də gürcü dili kursları açılıb və bu dilin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair (hər birində 44 ədəd olmaqla) 300 dəst cədvəl hazırlanaraq Azərbaycandilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Komitə sədri əlavə edib ki, ötən ilin sonunda 20 min sözdən ibarət iki cildlik “Azərbaycanca-Gürcücə” lüğət nəşr olunub. Nəşr edilən lüğət “Gürcü dilinin tədrisi” kurslarına və Azərbaycan məktəblərinə paylanacaq.

Yulon Qaqoşidze isə ölkəsinin Təhsil Nazirliyinin və digər müvafiq strukturlarının bu sahədə gördüyü işlərdən bəhs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR