Bank Of Baku

Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək

Benilüks Azərbaycanlıları Konqresinin qurultayı keçiriləcək
# 06 mart 2009 14:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Niderland Krallığının paytaxtı Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ikinci qurultayı keçiriləcək. Bu barədə APA-ya Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Konqresin Nizamnaməsinə əsasən iki ildən bir keçirilməsi nəzərdə tutulmuş qurultayda İdarə Heyətinin və konqresin nəzdində fəaliyyət göstərən komissiyaların hesabatı dinləniləcək, İH-nin yeni tərkibi seçiləcək və qarşıda duran vəzifələr müəyyənləşdiriləcək. Qurultayda Benilüks ölkələrindəki Azərbaycan və Türkiyə diaspor təşkilatlarının rəhbərləri, Avropadakı Azərbaycan diasporunun tanınmış təmsilçiləri, diplomatik korpusların nümayəndələri, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edəcəklər.

Xatırladaq ki, Benilüks Azərbaycanlıları Konqresi 2006-cı il noyabrın 18-də Amsterdamda yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR