Bank Of Baku

Azərbaycan barədə kitab Türkiyədə maraqla qarşılanıb

Azərbaycan barədə kitab Türkiyədə maraqla qarşılanıb
# 06 mart 2009 14:20 (UTC +04:00)
İstanbul – APA. Jurnalist-yazar Yunus Şənin İstanbulda çapdan çıxan “Xəzərin qanı” adlı kitab türkiyəli oxucular və xüsusilə bölgəni tədqiq edən mütəxəssislər tərəfindən böyük marağa səbəb olub. APA-nın Türkiyə bürosunun xəbərinə görə, Azərbaycanın müstəqillik qazandığı illərdə Bakıda yaşayan, müşahidə və qeydlərini toplayaraq analitik kitab halına gətirən Y. Şən 90-cı illərin əvvəllərində cərəyan edən hadisələri geniş prizmadan dəyərləndirib. Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin ön söz yazdığı kitabda Ankaranın digər türk cümhuriyyətləri ilə münasibətləri kontekstində Xəzər hövzəsinin enerji problemləri geniş təhlil edilib. Y. Şən Azərbaycanın müstəqillik əldə etməsində Əbülfəz Elçibəyin müstəsna xidməti olduğunu bildirib: “Müasir Azərbaycanın qurucusu isə Heydər Əliyevdir. Mən öz müşahidələrimə əsasən hər kəsin haqqını verməyə çalışmışam”.

Qeyd edək ki, Yunus Şən 90-ci illərin əvvəlində Azərbaycanda çalışdıqdan sonra Türkiyəyə dönərək “Star” TV və NTV-də işləyib, “CNN Türk” telekanalının xəbər koordinatoru olub. Hazırda o, “TRT-İnt” xəbər kanalının koordinatorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR