Bank Of Baku

Fransada Azərbaycan dilinin tədrisinin 10 ili tamam olur

Fransada Azərbaycan dilinin tədrisinin 10 ili tamam olur
# 06 mart 2009 15:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Fransada Azərbaycan dili dərslərinin tədrisindən 10 il ötür. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk dəfə 1999-cu il martın 5-də Parisin Dövlət Şərq Dilləri və Sivilizasiyaları İnstitutu - İNALCO-da Azərbaycan dilinin tədrisinə başlanılıb. İNALCO-nun türk və fars dilləri fakültəsinin 20 fransız tələbəsinin qatıldığı ilk dərsləri Aygün Eyyubova tədris edib. Sonrakı illərdə daha iki müəllimə - Elnurə Zeynalova və Jil Otye Azərbaycan dilinin tədrisinə qoşulub. 2008-ci ilin noyabrından isə rəsmi diplom təsis edilib.

Belə ki, 9 il ərzində Azərbaycan dili İNALCO-nun bir neçə fakültəsində tədrisin tərkib hissəsi olub. Rəsmi diplom təsis olunandan sonra isə tələbələr Azərbaycan dilini ayrıca kurslarda öyrənmək və bu sahə üzrə diplom almaq imkanı əldə ediblər. Bu isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sayəsində mümkün olub. İnstitutdakı Azərbaycan bölməsinin açılışında Azərbaycanın birinci xanımı da iştirak edib. Mehriban Əliyeva İNALCO kitabxanasında Azərbaycan bölməsinin açılmasına da öz töhfəsini verib.

O, UNESCO xətti ilə kitabxananın həmin bölməsinə Azərbaycan dilində 100 kitab bağışlayıb. İndi institutun Azərbaycan bölməsində 20 tələbə təhsil alır. Onlar xalqımızın mədəniyyəti, musiqisi, kino tarixi, folkloru, kulinariyası ilə dərindən maraqlanırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR