Bank Of Baku

Gürcüstan parlamentində Azərbaycanda yaşayan gürcülərin problemlərini araşdıracaq işçi qrup yaradılması təklif olunub

Gürcüstan parlamentində Azərbaycanda yaşayan gürcülərin problemlərini araşdıracaq işçi qrup yaradılması təklif olunub
# 07 mart 2009 08:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin xaricdə yaşayan soydaşlarla əlaqə komitəsinin iclasında Azərbaycanda yaşayan gürcüləri narahat edən problemlərin müzakirəsi ilə məşğul olacaq işçi qrup yaradılması təklif olunub. Komitədən APA-ya verilən məlumata görə, gürcülərin problemi mövzusunun ətrafında parlamentin deputatı Georgi Axvlediani, Dövlət Nazirinin müavini Tamara Qamilağdişvili, Gürcüstan Təhsil və Elm Nazirinin müavini Anna Jvaniya və digər rəsmi şəxslər çıxış edərək Azərbaycanın gürcü kəndlərində yaşayan gürcülərin sosial vəziyyəti və problemləri barədə müzakirələr aparıb. İclasda eyni zamanda gürcü məktəblərinə dərsliklərin çatdırılması, Əlibəyli kəndində gürcü Milli Xalq Teatrının fəaliyyəti və gürcü tarixi-mədəni abidələrin vəziyyətinə baxış üçün ekspedisiyalar təşkil olunması məsələləri barədə təkliflər də dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR