Bank Of Baku

Berlində azərbaycanlı rəssam Məsud Pənahinin əsərlərindən ibarət sərgi açılıb

Berlində azərbaycanlı rəssam Məsud Pənahinin əsərlərindən ibarət sərgi açılıb
# 10 mart 2009 09:33 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə bu ölkədə yaşayan məşhur Azərbaycan rejissoru və rəssamı Məsud Pənahinin “Berlin-Bakı” qalereyasında sərgisi açılıb. APA-nın məlumatına görə, sərgisinin açılış mərasimində çıxış edən qalereyanın direktoru doktor İbrahim Əhrari azərbaycanlı rejissor və rəssamın fəaliyyətindən söz açıb. Olduqca maraqlı keçən sərgidə M. Pənahinin rəsm əsərləri və müəllif olduğu Azərbaycan cizgi filmləri nümayiş olunub. Sərgidə Almaniya Xarici İşlər Nazirliyinin, elm mərkəzlərinin, medianın, habelə Azərbaycan diasporunun və səfirliliyin nümayəndələri iştirak ediblər. Sərgi aprelin 3-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR