Bank Of Baku

Kvemo-Kartli qubernatorunun azərbaycanlı müavini vəfat edib

Kvemo-Kartli qubernatorunun azərbaycanlı müavini vəfat edib
# 11 mart 2009 11:53 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo-Kartli bölğə qubernatorunun müavini Hümbət Qurban oğlu Babayev 61 yaşında ürək xəstəliyindən vəfat edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, H. Babayev bu gün Marneulidə torpağa tapşırılıb. Vida mərasimində Gürcüstan parlamentinin Maliyyə komitəsinin sədri Zurab Melikişvili, Kvemo-Kartli qubernatoru David Kirkitadze, parlamentin deputatı Azər Süleymanov və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qeyd edə ki, 1948-ci il dekabrın 26-da Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olan H. Babayev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib. Əvvəlcə Kəpənəkçi kənd Sovetində, sonra rayon Maliyyə Şöbəsində, Vergi Müfəttişliyində, İcra Hakimiyyətində çalışıb. 2008-ci ildə Kvemo-Kartli qubernatorunun müavini vəzifəsinə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR