Bank Of Baku

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun görüşü keçirilib
# 13 mart 2009 07:37 (UTC +04:00)
Bakı – APA. Martın 12-də Kanada parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun illik görüşü keçirilib. Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, İcmalar Palatasının üzvü, millət vəkili Yasmin Ratansi yenidən dostluq qrupunun sədri seçilib. Görüşdə Azərbaycan-Kanada münasibətləri, ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunub. Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Fərid Şəfiyev Azərbaycanın xarici siyasət prioritetləri, Azərbaycan-Kanada münasibətlərinin perspektivi ilə bağlı sualları cavablandırıb.

Görüşdə Kanadanın müxtəlif dini və etnik qruplarının, o cümlədən yəhudi və Azərbaycan icmalarının nümayəndələri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR