Bank Of Baku

Dağıstan prezidentinin sabiq müşaviri Səid Qurbanov Bakıda vəfat edib

Dağıstan prezidentinin sabiq müşaviri Səid Qurbanov Bakıda vəfat edib
# 13 mart 2009 08:41 (UTC +04:00)
APA-nın məlumatına görə, martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən S. Qurbanov xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas eləmək mümkün olmayıb və S. Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dağıstanın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, S. Qurbanov bu gün Dağıstanın Dərbənd rayonunun Salik kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, ötən ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Milliyyətcə azərbaycanlı olan Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbəndin Salik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib. 1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinə sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb. 2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü olub. İki dəfə Dağıstan Sovet Sosialist Respublikasının deputatı olan soydaşımız həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub.

Səid Qurbanovun vəfatı münasibətilə Dağıstan Respublikasının rəhbərliyinin nekroloqu yayımlanıb. Nekroloqda Səid Qurbanovun görkəmli dövlət xadimi olduğu bildirilir və Azərbaycan və Dağıstan arasında əlaqələrin həmişə ən yüksək səviyyədə olmasında onun oynadığı rol xüsusi vurğulanır.

Nekroloqu Dağıstan prezidenti Muxu Əliyev, Xalq Məclisinin sədri Məhəmməd Süleymanov, baş nazir Şamil Zeynalov, Dağıstan hökumətinin üzvləri, rayon və şəhər administrasiyalarının rəhbərləri imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR