Bank Of Baku

Səid Qurbanovun dəfn mərasimində Azərbaycandan yüksək vəzifəli şəxslərin daxil olduğu nümayəndə heyəti iştirak edəcək

Səid Qurbanovun dəfn mərasimində Azərbaycandan yüksək vəzifəli şəxslərin daxil olduğu nümayəndə heyəti iştirak edəcək
# 13 mart 2009 10:26 (UTC +04:00)
Bakı - APA. Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanovun dəfn mərasimində Azərbaycandan yüksək vəzifəli şəxslər iştirak edəcəklər. APA-nın məlumatına görə, baş nazirin 1-ci müavini Yaqub Eyyubovun rəhbərlik edəcəyi nümayəndə heyətinə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Dini Durumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov daxildir. S. Qurbanov doğulduğu Dərbənd rayonunun Salik kəndində bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilən milliyyətcə azərbaycanlı S. Qurbanov martın 12-də 81 yaşında dünyasını dəyişib.

Əlavə edək ki, Azərbaycan prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı sərəncamla S. Qurbanov “Şöhrət” ordeni ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR