Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Gürcüstana gedəcəklər

Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Gürcüstana gedəcəklər
# 13 mart 2009 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərviznia Gürcüstana səfər edəcəklər. DAK-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfərin məqsədi Borçalıda öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların üzləşdiyi problemlərlə yaxından tanış olmaq və onların səsini Gürcüstan rəhbərliyinin diqqətinə çatdırmaqdır.

Səfər zamanı DAK rəhbərliyi azərbaycanlıların sıx məskunlaşdığı Sarvan (Marneuli), Qaratəpə (Qardabani), Bostandərə (Rustavi), Xəzəryurdu (Kazreti), Başkeçid (Dmanisi) rayonlarında olacaq, yerli əhali, ictimai-siyasi təşkilatların rəhbərləri ilə görüşlər keçirəcəklər. Gürcüstan parlamentində, Xarici İşlər Nazirliyində və digər rəsmi strukturlarda bir sıra görüşlər nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR