Amerikadakı Azərbaycan diaspor təşkilatları ermənilərin Azərbaycan və Türkiyəyə qarşı yönələn irqi təhqirlərinə etiraz bəyanatı yayıblar
Qeyd edək ki, bu il martın 11-də Kaliforniya Dövlət Universitetində (Northridge şəhəri) “Enerji Təhlükəsizliyinin Geosiyasəti” adlı konfransda çıxışı zamanı Amerikadakı yerli erməni tələbələr Azərbaycan və Türk xalqlarına, həmçinin Azərbaycanın Los-Ancelsdəki baş konsulu Elin Süleymanovun ünvanına konfransın mövzusuna uyğun olmayan mövzularla bağlı irqi və etnik ittihamlar səsləndiriblər.
Bu ittihamlara etiraz olaraq yayılan bəyanatda hər bir amerikalının öz fikrini azad ifadə etmək hüququna hörmətlə yanaşıldığı vurğulanıb: “ Eyni zamanda etnik təhqirlərə və irqi çıxışlara 21-ci əsr Amerikasında hələ də rast gəlməyin mümkünlüyü bu ölkənin akademik mühiti üçün qəbul olunmazıdır. Erməni əsilli tələbələr tədbirdə əsaslı və konstruktiv dialoq qurmaq əvəzinə, Azərbaycanın dağıdılması, yerli əhalinin öz torpaqlarından kütləvi deportasiya və dünyanın başqa hissəsinə köçürülməsi barədə bəyanatlar səsləndiriblər. Bu bəyanatlar İsrailin dağıdılması və yəhudilərin başqa ərazilərə köçürülməsi haqqında bəşər düşmənlərinin əvvəllər etdikləri bəyanatlara oxşayırdı. Ən çox təsir edən məqam isə onunla bağlıdır ki, baş konsul Elin Süleymanovun çıxışı zamanı erməni əsilli tələbələr özlərini “ali Erməni Ariy” irqinin nümayəndələri, Azərbaycanları isə “türk xalqının qalığı” kimi adlandırıblar.
Amerikada yaşayan azərbaycanlılar üçün nə qədər təhqiramiz olsa da, biz inanırıq ki, qəti irqi bəyanatlar və türkifobiya şuarları bütün Amerikadakı ermənilər tərəfindən dəstəklənir. Doktor Martin Lüter Kinqin məşhur “mən arzu edirəm ki, bir gün mənim dörd uşağım dərilərinin rənginə görə deyil, bacarıqlarına görə qiymətləndiriləcəklər” bəyanatlarını yada salaraq qeyd etməliyik ki, 21-ci əsrdə Amerika irqi ayrı-seçkiliyi və sosial dözümsüzlüyü yox etmək üçün çox məşəqqətli yol keçib. Ümid edirik ki, Amerikadakı ermənilər və onların dostları həmin dəyərləri bölüşür və konkret etnosa qarşı yönələn şovinizmin, irqi ayrı-seçkiliyin nə dərəcədə Ermənistana, Cənubi Qafqazda əməkdaşlıq və sülhə, bütün bəşərə ziyan vurduğunu anlayır”.
Xəbər Lenti
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır