Bank Of Baku

Moskvada “Ocaq” Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib

Moskvada “Ocaq” Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib
# 14 mart 2009 07:33 (UTC +04:00)
Moskva. Tünzalə Vəliqızı – APA. Rusiyadakı azərbaycanlıların ilk ictimai-mədəni cəmiyyəti olan “Ocaq” Cəmiyyətinin 20 illik yubileyi qeyd edilib. APA-nın Moskvadakı müxbirinin məlumatına görə, tədbirdə Rusiya paytaxtında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, Moskva şəhər meriyasının nümayəndəsi Yuri Nujdin, Milllətlər Evinin direktoru Pyotr Lempert, Azərbaycanın Rusiyadakı səfirliyinin məsləhətçisi Nigar Axundova, Azərbaycanın Diaspora ilə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şakir Səlimov və digər şəxslər iştirak edib. Moskva merinin birinci müavini Lüdmila Şvetsova isə cəmiyyətə təbrik məktubu göndərib. Açılış nitqi ilə çıxış edən “Ocaq” Cəmiyyətinin sədri Tofiq Məlikli ötən illər ərzində görülən işlərdən danışıb. Diaspora ilə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şakir Səlimov komitənin rəhbəri Nazim İbrahimovun təbrik məktubunu oxuyub. Azərbaycanın Rusiyadakı səfirliyinin məsləhətçisi Nigar Axundova isə Bakıda olan səfir Polad Bülbüloğlunun tədbirə qatıla bilmədiyini söyləyib və onun təbrikini çatdırıb. Ümumrusiya Azərbaycanlıları Konqresi adından icraçı Direktor Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin rəhbəri Natiq Ağamirov, Azərbaycan Milli Mədəni Muxtariyyətinin vitse-prezidenti Rauf Vediyev və digərləri də “Ocaq”çılara ürək sözlərini söyləyiblər. Bədii hissədən sonra yubiley tədbiri Azərbaycanın Dövlət Himni ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR