Bank Of Baku

DAK rəhbərliyi Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə görüşlər keçirib

DAK rəhbərliyi Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı bölgələrdə görüşlər keçirib
# 16 mart 2009 07:22 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bazar günü Marneuli şəhərində Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya, konqresin Daimi Şurasının sədri Əjdər Tağızadə, konqresin idarə heyətinin üzvü Səftər Rəhimli “Qeyrət” Xalq Hərəkatının fəal üzvləri və ziyalılarla görüşüblər. Görüşdə Borçalıda yaşayan azərbaycanlıların problemləri açıqlanıb. DAK həmsədri Sabir Rüstəmxanlı APA-nın Gürcüstan bürosuna bildirib ki, o, Borçalıdakı soydaşlarımızın problemləri ilə hərtərəfli tanışdır: “Dünya Azərbaycanlıları Konqresi ən böyük diaspor təşkilatı kimi Borçalı ilə əlaqələri möhkəmləndirməlidir. Tanış olduğumuz problemləri beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına çatdırılacağıq. Gürcüstanda gedən islahatlar göstərir ki, burada demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır. Bütün bunlar azərbaycanlılara da aid olmalıdır. İkili standartlarla yaşamaq olmaz.” DAK həmsədri sabah Gürcüstan parlamentinin rəsmiləri ilə görüşəcəklərini də vurğulayıb. Görüşlərdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR