Bank Of Baku

Tiflisdə Novruz şənliyi keçirilib

Tiflisdə Novruz şənliyi keçirilib
# 16 mart 2009 16:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Novruz şənliyi keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə “Ozan” cəmiyyətinin sədri Kamil Kirəcli, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Azərbaycan Milli Məclisinin üzvü Sabir Rüstəmxanlı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərviznai, Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan-Azərbaycan Dostluq Evinin sədri David Çiqoqidze çıxış edərək Novruz bayramı barədə məlumat veriblər. Onlar bu bayramın Azərbaycan və gürcü xalqına sülh, əmin-amanlıq gətirəcəyinə, insanlara ruzi, bərəkət bəxş edəcəyinə əmin olduqlarını bildiriblər. Tədbirə Rustavi, Marneulidə Tiflisin yaxın kəndlərdə yaşayan azərbaycanlılar və gürcülər də qatılıblar. Novruz şənliyində aşıq havaları səslənib, məktəbli uşaqların ifa etdikləri rəqslər nümayiş etdirilib. Qonaqlara Mədəniyyət Muzeyində Novruzun atributları olan səməni, şəkərbura, paxlava, rəngli yumurta və s. şirniyyatlar düzülmüş bayram süfrəsi açılıb.
Novruz şənliyinə həsr olunmuş tədbirdə Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR